Türkiyənin "Qalatasaray" klubu növbəti transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Selta"nın vingeri Əmrə Moru bir illik icarəyə götürüb. Türkiyə millisinin üzvünün keçidi üçün Viqo təmsilçisinə 600 min avro təzminat ödənilib. "Sarı-qırmızılar" 8 milyon avro ödəyib, Əmrənin transfer hüququna sahib çıxa bilər. 22 yaşlı futbolçunun illik maaşı 725 min avro olacaq.
"Selta" türkiyəli futbolçunu 2017-ci ildə 14 milyon avroya "Borussiya"dan almışdı.
saytlarin hazirlanmasi