"Spartak" məşhur futbolçunun oğlunu transfer etdi

15:30 - 2 Avqust 2019

Rusiyanın "Spartak" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi İsveçin "Norrçöppinq" klubunun hücumçusu Cordan Larssonu transfer edib.22 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Bu keçid üçün paytaxt təmsilçisi 4 milyon avrosundan keçib. Gənc oyunçunun illik maaşı 1,1 milyon avro olacaq.

 

Cordan İsveç futbolunun əfsanəsi olan Henrik Larssonun oğludur. 47 yaşlı veteran futbolçu "Feyenoord", "Seltik", "Barselona" və "Mançester Yunayted" kimi klublarda oynayıb.

Xəbər xətti