Premyer Liqa klubundan rekord transfer

16:25 - 2 Avqust 2019

Yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək "Şeffild Yunayted" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Cənubi Yorkşir təmsilçisi "Suonso Siti"nin hücumçusu Oliver Makberini transfer edib. 23 yaşlı forvardla uzun müddətli müqavilə imzalanıb. Şotlandiya yığmasının üzvü üçün 22 milyon avro təzminat ödənilib. Şotlandiyalı futbolçu klub tarixinin ən bahalı transferi olub.

 

Oliver Makberin ötən mövsüm 45 oyuna 25 qol vurub.

Xəbər xətti