"Arsenal" futbolçusunu aşağı liqa klubuna satdı

17:25 - 2 Avqust 2019

İngiltərənin "Arsenal" klubu dayaq yarımmüdafiıçisi Krıstyan Beliklə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, polşalı futbolçu Çempionşip təmsilçisi "Derbi"yə transfer olub. 21 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün "topçular"a 8,2 milyon avro təzminat ödənilib.

 

"Arsenal" Polşanın U-21 millisinin üzvünü 2015-ci ildə Varşava "Legiya"sından 2,25 milyon avroya transfer etmişdi.

Xəbər xətti