Ötən mövsümün ikinci yarısını "Səbail"də keçirmiş Oke Akpoveta karyerasını İsveçdə davam etdirəcək.
Sportal.az xəbər verir ki, nigeriyalı forvard II Liqa təmsilçisi "Frey"ə transfer olub. Klub saytının məlumatına görə, 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Akpoveta 2016-cı ildə Danimarkanın "Lyonqbo" klubundan "Frey"ə icarəyə verilmişdi. O, həmin il 13 oyuna 10 qol vuraraq, komandanın ulduzuna çevrilmişdi.
Oke daha öncə 2014-cü ildə "Rəvan"da çıxış edib, 11 oyuna 1 qol vurub. Ötən mövsümün ikinci yarısını "Səbail"də keçirən forvard 9 oyuna 2 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi