Qeyenin əvəzinə Qbamen transfer edildi

01:04 - 3 Avqust 2019

Seneqallı dayaq yarımmüdafiəçisi İdrissa Qana Qeyeni PSJ-yə 32 milyon avro qarşılığında satan "Everton" boşluğu doldurub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Liverpul təmsilçisi həmin mövqeyə Almaniya "Maynts"ından Jan-Filipp Qbameni transfer edib. 23 yaşlı futbolçunun keçidi üçün Bundesliqa klubuna 25 milyon avro təzminat ödənilib. Fil Dişi Sahili millisinin üzvüylə 5 illik müqavilə imzalanıb.

 

"Maynts" Qbameni 2016-cı ildə Fransanın "Lans" klubundan 5 milyon avroya transfer etmişdi.

Xəbər xətti