"Zenit"in qapıçısı Türkiyə klubunda

01:18 - 3 Avqust 2019

"Zenit"lə müqaviləsi başa çatan rusiyalı qapıçı Yuri Lodıqinin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı əlcək sahibi karyerasını Türkiyədə davam etdirəcək. Lodıqin yeni mövsümdən Super Liqada çıxış edəcək "Qazişehir"ə transfer olub. Klub saytı təcrübəli qolkiperlə 2 illik müqavilə imzalandığını açıqlayıb.

 

Rusiya millisinin üzvü 2013-cü ildən "Zenit"də çıxış edirdi.

Xəbər xətti