İngiltərə Premyer Liqa təmsilçisi "Nyukasl" yeni transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "sağsağanlar" Fransanın "Nitsa" klubundan Allan Sen-Maksimeni transfer edib. Bu keçid üçün 18 milyon avro təzminat ödənilib. Fransalı futbolçu ilə 6 illik müqavilə imzalanıb. Allan yeni klubunda 10 nömrəli formada çıxış edəcək.
"Nitsa" 22 yaşlı sağ cinah vingerini 2017-ci ildə "Monako"dan 10milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi