"Ayaks"dan İtaliya klubuna keçdi

18:55 - 3 Avqust 2019

"Ayaks"ın danimarkalı futbolçusu Lasse Şöne karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, təcrübəli oyunçu "Cenoa" ilə iki illik razılığa gəlib. Genuyalılar 33 yaşlı yarımmüdafiəçinin keçidi üçün az məbləğdə təzminat ödəyəcək.

 

Danimarka yığmasının üzvü 2012-ci ildən Amsterdam təmsilçisində oynayırdı.

Xəbər xətti