İtaliyanın "Milan" klubu yeni transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Empoli"nin yarımmüdafiəçisi İsmael Bennaseri transfer edib. Bu keçid üçün 16+1 milyon avro təzminat ödənilib. Əlcəzair millisinin üzvüylə 5 illik müqavilə imzalanıb.
Gənc oyunçu bu yay keçirilən Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu seçilmişdi.
21 yaşlı futbolçu 2017-ci ildə "Arsenal"dan "Empoli"yə keçmişdi.
saytlarin hazirlanmasi