"Barselona" yeni transferini rəsmən açıqladı

16:16 - 4 Avqust 2019

"Barselona" növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar "Real Betis"in sol cinah müdafiəçisi Junior Firponu transfer edib. İspaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

"Barselona" bu keçid üçün əndəlüsiyalılara 17 miyon avroluq ilkin təzminat ödəyib. Daha 8 milyon avro isə bonus şəklində ödənəcək. Ümumilikdə bu keçid kataloniyalılara 25 milyon avroya başa gəlib.

 

Dominikan əsilli ispaniyalı futbolçu 2014-cü ildən "Real Betis"də çıxış edirdi.

Xəbər xətti