"Kristal Pelas"dan "Trabzonspor"a keçdi

16:53 - 4 Avqust 2019

Türkiyənin "Trabzonspor" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "bordo-mavililər" İngiltərə Premyer Liqa təmsilçisi "Kristal Pelas"ın hücumçusu Aleksander Sörlotu heyətinə cəlb edib. 23 yaşlı futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Norveç yığmasının üzvü illik 1,5 milyon avro maaş alacaq.

 

Trabzonlular gənc oyunçunun icarəsi üçün London klubuna 750 min avro təzminat ödəyib. Super Liqa klubu daha 300 min avro agent haqqı kimi ödəyib. "Trabzonspor" Sörlotu 6 milyon avro qarşılığında transfer etmək hüququna malikdir.

 

Forvard transferiylə bağlı bunları söyləyib:

 

"Bu təklifi rədd edə bilməzdim. "Trabzonspor"un təklifini sevə-sevə qbul etdiyimi söyləyə bilərəm. Bu formanı geyinəcəyim üçün çox həyəcanlıyam. Azarkeşlər rahat olsun. Bu forma üçün əlimdən gələn hər şeyi edəcəyimə söz verirəm".

 

Norveçli hücumçu 2018-ci ildə "Midtyollann"dan "Kristal Pelas"a 9 milyon avro qarşılığında keçmişdi.

Xəbər xətti