"Liverpul"da ispaniyalı qapıçı

17:29 - 5 Avqust 2019

İngiltərənin "Liverpul"  klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qırmızılar" "Vest Hem"dən ayrılan ispaniyalı qapıçı Adrianı transfer edib. 32 yaşlı əlcək sahibi ilə 2+1 illik müqavilə imzalanıb.

 

Mersesaydlılar ötən gün belçikalı qapıçısı Simono Minyoleni "Brügge"yə 9 milyon avro qarşılığında satmışdı.

 

"Real Betis"in yetirməsi 2013-2019-cu illərdə "Vest Hem"də çıxış edib.

Xəbər xətti