"Beşiktaş" "Vilyarreal"ın futbolçusunu transfer etdi

17:36 - 5 Avqust 2019

Türkiyənin "Beşiktaş" klubu yeni transferini həyata keçirib.

 

Sportal.az "beIN Sports"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İspaniya La Liqa təmsilçisi "Vilyarreal"ın müdafiəçisi Viktor Ruisi transfer edib. 30 yaşlı futbolçu ilə 3 illik razılıq əldə edilib. İspaniyalı futbolçu tibbi müayinədən keçmək üçün Türkiyəyə gələcək.

 

"Barselona"nın yetirməsi peşəkar karyerasına "Espanyol"da başlayıb. Ruis 2015-ci ildən "sarı sualtı qayıq"da çıxış edirdi.

Xəbər xətti