"Arsenal"ın kapitanı Fransa klubunda

10:48 - 6 Avqust 2019

"Arsenal"ın kapitanı Loran Koselni karyerasını Fransada davam etdirəcək.

 

Sportal.az "France Football"a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi Liqa 1 təmsilçisi "Bordo" ilə razılığa gəlib. Fransa millisinin sabiq üzvü ilə 3 illik müqavilə imzalanıb. Keçid 5 milyon avroya başa gəlib.

 

"Arsenal" Koselnini 2010-cu ildə "Loryan"dan 12,5 milyon avroya transfer etmişdi.

Xəbər xətti