"Qarabağ"ın tarixi qolunu vuran futbolçu Super Liqa klubunda

13:46 - 6 Avqust 2019

Yunanıstanın PAOK klubunun vingeri, "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportal.az "Ajansspor"a istinadən xəbər verir ki, braziliyalı oyunçu karyerasını Super Liqanın debütantı "Qazişehir" klubunda davam etdirəcək. 29 yaşlı futbolçu ilə bir illik icarə müqaviləsi imzalanıb.

 

Pedro ötən mövsümü PAOK və "Astana"da keçirib və 20 oyuna 6 qol vurub, 1 assist edib.

 

PAOK Enrikeni 2017/18 mövsümündə "Qarabağ"a icarəyə vermişdi. Pedro "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi olub. O, "Roma" ilə Bakı Olimpiya Stadionunda keçirilmiş matçda (1:2) fərqlənmişdi.

Xəbər xətti