Fransanın "Monako" klubu yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, "Knyazlıq klubu" "Monpelye"nin fransalı sağ cinah müdafiəçisi Ruben Aqiları transfer edib. Klub saytının məlumatına görə, 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün 8+2 milyon avro təzminat ödənilib.
"Sent-Etyen"in yetirməsi 2017-ci ildən "Monpelye"də çıxış edirdi.
saytlarin hazirlanmasi