Almaniyanın "Ayntraxt" klubu PSJ-də çıxış edən sabiq qapıçısı Kevin Trappı geri qaytarıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Frankfurt təmsilçisi 29 yaşlı qolkiperlə 5 illik müqavilə imzalayıb.
Bu keçid üçün Paris klubuna 7+1,5 milyon avro təzminat ödənilib.
Almaniya millisinin üzvü ötən mövsümü icarə əsasında "Ayntraxt"da keçirmişdi.
PSJ Trappı 2015-ci ildə 10 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi