"Beşiktaş" yeni transferini rəsmən açıqladı

18:47 - 7 Avqust 2019

Türkiyənin "Beşiktaş" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İspaniya La Liqa təmsilçisi "Vilyarreal"ın müdafiəçisi Viktor Ruisi transfer edib. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. İspaniyalı futbolçunun keçidi üçün 2,5 milyon avro təzminat ödənilib.

 

"Barselona"nın yetirməsi peşəkar karyerasına "Espanyol"da başlayıb. Ruis 2015-ci ildən "sarı sualtı qayıq"da çıxış edirdi

Xəbər xətti