"Mançester Siti" və "Yuventus" müdafiəçilərini rəsmən dəyişdirdi

23:54 - 7 Avqust 2019

"Mançester Siti" "Yuventus"un müdafiəçisi Joau Kanselunun transfer edib.

 

Sportal.az klubların saytına istinadən xəbər verir ki, bu keçid üçün "şəhərlilər" qarşı tərəfə 28 milyon avro və sağ cinah müdafiəçisi Danilonu verib.

 

Portuqaliya millisinin üvzü ilə 6 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçunun illik maaşı 4,5 milyon avro olacaq.

 

Danilo "Yuventus"la 5 illik müqavilə bağlayıb. 28 yaşlı braziliyalı futbolçunun illik maaşı 3,5 milyon avro olacaq.

 

"Mançester Siti" Danilonu ötən yay "Real"dan 30 milyon avroya transfer etmişdi.

 

"Yuventus" isə Kanselunu 2018-ci ilin yayında "Valensiya"dan 40,4 milyon avro qarşılığında rənglərinə bağlamışdı.

 

Image

Image

Xəbər xətti