"Beşiktaş" müdafiəçisi Nikola İzima-Mireni Fransanın "Amyen" klubuna icarəyə verib.
Sportal.az "TRT Spor"a istinadən xəbər verir ki, fransalı futbolçu Liqa I klubunda iki il çıxış edəcək. Müqavilənin şərtlərinə əsasə, 27 yaşlı futbolçunun maaşını "Amyen" ödəyəcək.
"Beşiktaş" Fransanın U-21 millisinin sabiq üzvünü ötən mövsümün qış fasiləsində PSV-dən 350 min avroya transfer etmişdi.
saytlarin hazirlanmasi