"Arsenal"dan ayrılan futbolçu Bundesliqa klubunda

12:04 - 20 Avqust 2019

"Arsenal"dan ayrılan Ştefan Lixtştayner karyerasını Almaniyanın "Auqsburq" klubunda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Bundesliqa təmsilçisi ilə bir illik müqavilə bağlayıb.

 

İsveçrə millisinin üzvü 2018-ci ildə "Yuventus"dan "Arsenal"a keçmişdi. Lixtştayner "Qrasshopper", "Lill", "Latsio" klublarında da çıxış edib.

Xəbər xətti