"Beşiktaş"dan Fransa klubuna

12:53 - 20 Avqust 2019

"Beşiktaş" müdafiəçisi Nikolya İzima-Mireni Fransanın "Tuluza" klubuna satın alma şərti ilə icarəyə verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, fransalı futbolçu Liqa I klubunda bir il çıxış edəcək. Müqavilənin şərtlərinə əsasə, 27 yaşlı futbolçunun maaşını "Tuluza" ödəyəcək.

 

"Beşiktaş" Fransanın U-21 millisinin sabiq üzvünü ötən mövsümün qış fasiləsində PSV-dən 350 min avroya transfer etmişdi.

Xəbər xətti