Sənan Qurbanov: "Belə məğlubiyyəti kənardan izləmək ağırdır"

23:46 - 25 Avqust 2019

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın III turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, məğlubiyyəti şərh edən mütəxəssis məsuliyyəti öz üzərinə götürüb:

 

"Müdafiədə səhvsiz oynamağa çalışdıq. Bunu 45 dəqiqə bacardıq. Rəqibin təzyiqinə dözə bilmədik. Qapımıza sadə penalti təyin olundu. O epizodda penalti var idi. Belə məğlubiyyətə dözmək çətindir. Başlıca günahkar mənəm. Çalışacağıq ki, bu durumdan çıxaq".

 

39 yaşlı çalışdırıcı mütəxəssis Sadiq Quliyevi müdafiənin cinahında oynatmasının səbəbini açıqlayıb: "Yusif Nəbiyev zədəli olduğu üçün Sadiqi məcburiyyətindən müdafiənin cinahında oynatdıq. Belə məğlubiyyəti kənardan izləmək ağırdır. Mənim üçün çox çətindir. Amma nəzərə alaq ki, rəqib "Qarabağ" idi".

 

Gənc məşqçi komandada qalıb-qalmayacağı ilə bağlı suala isə belə cavab verib. "Buna rəhbərlik qərar verəcək. Mənim getməyim yaxşı təsir edəcəksə, gedərəm. İndiki halda bu, gəmini tərk edib getmək olar".

 

Qurbanov bu görüşdə futbolçulara kompakt oyun tapşırdıqlarını vurğulayıb: "Onlara belə məqamda deyiləsi söz yoxdur. Çalışacağıq ki, oyunu unudaq və gələcək matçlara baxaq".

Xəbər xətti