Türkiyənin "Başakşəhər" klubundan ayrılan Emmanuel Adebayor karyerasını Super Liqanın digər təmsilçisi "Kayserispor"da davam etdirəcək.
Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu müqavilə bağlamaq üçün Kayseriyə gəlib. Təcrübəli forvard bu gün rəsmi müqavilə bağlayacaq.
2017-ci ildən "Başakşəhər"də oynayan Adebayor Türkiyə Super Liqasında 60 oyuna 24 qol vurub, 6 assist edib. Toqo millisinin üzvü "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas" kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi