17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukraynada təşkil olunmuş Viktor Bannikov beynəlxalq turnirində bu gün ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi yığma İsrail komandası ilə qarşılaşıb və 0:6 hesabı ilə uduzub.
Qrupun digər qarşılaşmasında Ukrayna Latviyaya qalib gəlib - 2:1.
A qrupunda qərarlaşan milli növbəti oyunu sabah Ukraynaya qarşı keçirəcək.
Azərbaycan – İsrail - 0:6
saytlarin hazirlanmasi