"Başakşəhər"in futbolçusu Azərbaycan millisində - SİYAHI

11:28 - 27 Avqust 2019

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 30-dan sentyabrın 3-dək Bakıda, sentyabrın 4-dən 8-dək isə Maltanın Valleta şəhərində təlim-məşq toplanışı olacaq.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisi hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq. Toplanışa 20 futbolçu dəvət olunub:

 

1. Samiqullin Rüstam – Stroqino (Rusiya)
2. Arazlı Ayhan – Qarabağ
3. Mürsəl Şahin – Viedenbrük (Almanya)
4. Qurbanlı Nihad – Neftçi
5. Məmmədov Murad – Səbail
6. Kaplan Emre – Başakşəhər (Türkiyə)
7. Bağırov Murad – Sabah
8. Quliyev Nihad – Qarabağ
9. Muradov Xəyal – Qəbələ
10. İbrahimov Elnur – Spartak Akademiya (Rusiya)
11. Abdullazadə Səbuhi – Sumqayıt
12. Vəlizadə Turan – Neftçi
13. Zülfüqarlı İsmayıl – Neftçi
14. Qarəhmədov Ədilxan – Səbail
15. Bayramov Tural – Qarabağ
16. Abdullazadə Rüfət – Sumqayıt
17. Məhərrəmli Samir – Qəbələ
18. Qurbanov Samir – Viktoriya Jijkov (Çexiya)
19. İnqilablı İdris – Qəbələ
20. Rzayev Veysəl – Qəbələ.

Xəbər xətti