Milli komanda bu dəfə Ukraynaya uduzdu

20:20 - 27 Avqust 2019

Viktor Bannikov beynəlxalq turnirində çıxışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Vüqar Məmmədin çalışdırdığı kollektiv “Yubileynıy” stadionunda Ukrayna yığması ilə qarşılaşıb.

 

Matçın ilk hissəsində ukraynalılar dörd qol vurub. Millinin heyətində ilk hissədə Rəşad Həsənov qırmızı vərəqə alıb. Ukrayna yığması ikinci hissədə az şans qazanan futbolçuları meydana buraxıb. Azərbaycan millisi ikinci hissədə iki qol vurub. Musa Musazadə və Mirmövsüm Canıyev millinin qollarına imza atıb.

 

Qrupun digər matçında İsrail Latviyaya 5:0 hesabı ilə qalib gəlib.

 

Milli ilk oyunda İsrailə 0:6 hesabı ilə uduzub.

 

Azərbaycan millisi qrupda üçüncü oyununu avqustun 29-da Latviyaya qarşı keçirəcək. Vüqar Məmmədin yetirmələri qrupda sonuncudur.

 

Ukrayna - Azərbaycan - 4:2

Qollar: Musa Musazadə, Mirmövsüm Canıyev.

Xəbər xətti