Türkiyənin "Başakşəhər" klubundan ayrılan Emmanuel Adebayor karyerasını Super Liqanın digər təmsilçisi "Kayserispor"da davam etdirəcək.
Sportal.az xəbər verir ki, toqolu hücumçu Kayseri klubu ilə 1+1 illik müqavilə bağlayıb. 35 yaşlı forvardın illik maaşı 1 milyon avro olacaq.
2017-ci ildən "Başakşəhər"də oynayan Adebayor Türkiyə Super Liqasında 60 oyuna 24 qol vurub, 6 assist edib. Toqo millisinin üzvü "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas" kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi