Tərlan Əhmədli: "Özümə inanmasam, qapıda durmaram"

12:49 - 27 Avqust 2019

"Qəbələ"nin qapıçısı Tərlan Əhmədli Sportal.az-a açıqlama verib.

 

24 yaşlı qolkiper uzun müddət sonra Premyer Liqada meydana çıxıb. "Qarabağ"la oyunda çərçivəni qoruyan gənc qapıçı fikirlərini bölüşüb:

 

"Premyer Liqada oynamaq hər zaman xoşdur. Hər birimiz buna görə çalışırıq. Meydana çıxdığım üçün şadam. Əlimdən gələni etməyə hər an hazıram".

 

Əhmədli az şans qazanması barədə bunları söyləyib:

 

"Mənə görə şans verilmir, bunu özün qazanmalı və dəyərləndirməlisən. "Qarabağ"la görüşə bir həftə idi ki, ciddi şəkildə hazırlaşırdım. Anarın zədələnməsindən sonra bilirdim ki, qapıda mən dayanacam. Oyuna yaxşı köklənmişdim. İtirəcək heç nəyim yox idim. Özümə inanmasam, qapıda durmaram".

Xəbər xətti