Mehmet Topalın yeni klubu müəyyənləşdi

13:04 - 27 Avqust 2019

Türkiyənin "Fənərbaxça" klubundan ayrılan Mehmet Topalın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yaşlı yarımmüdafiəçi karyerasını digər Super Liqa təmsilçisi "Başakşəhər"də davam etdirəcək. Türkiyə millisinin üzvü ilə 1+1 illik müqavilə imzalanıb.

 

Peşəkar laryerasına "Dardanelspor"da başlayan təcrübəli futbolçu "Qalatasaray", "Valensiya" və "Fənərbaxça" kimi klublarda çıxış edib.

Xəbər xətti