Portuqaliyanın "Sportinq" klubunun hücumçusu Bas Dost karyerasını Almaniyanın "Ayntraxt" klubunda davam etdirəcək.
Sportal.az Bundesliqa klubunun saytına istinadən xəbər verir ki, 30 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Frankfurtlular bu keçid üçün 7 milyon avro təzminat ödəyib.
Bas Dort 2012-2016-cı illərdə Bundesliqada "Volfsburq"un heyətində çıxış edib və 85 oyuna 36 qol vurub. Hollandiya millisinin üzvü 2016-cı ildə "Sportinq"ə 12 milyon avro qarşılığında keçmişdi. Dost Lissabon klubunda 86 oyuna 76 qol vurub.
saytlarin hazirlanmasi