Adil Rami rəsmən "Fənərbaxça"da

16:29 - 27 Avqust 2019

Fransanın "Marsel" klubundan ayrılan Adil Rami karyerasını "Fənərbaxça"da davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Fransalı futbolçu illik iki milyon avro olacaq. Rami iki il ərzində bonuslarla birgə 5 milyon avro qazanacaq. 

 

"Marsel" Fransa millisinin heyətində dünya çempionluğu yaşamış futbolçunu 2017-ci ildə "Sevilya"dan 6 milyon avroya transfer edib. Adil klubdan icazəsi "Fort Boyard" proqramına qatıldığı üçün müqaviləsi ləğv edilmişdi.

Xəbər xətti