"Beşiktaş" sabiq futbolçusunu transfer etdi

01:01 - 28 Avqust 2019

Rusiyanın "Lokomotiv" klubundan ayrılan Manuel Fernandeş Türkiyə təmsilçisi "Beşiktaş"la anlaşıb.

 

Sportal.az "TRT Spor"a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Portuqaliyalı futbolçunun illik maaşı 1,1 milyon avro olacaq.

 

"Benfika"nın yetirməsi Fernandeş 2011-2014-cü illərdə "Beşiktaş"da oynayıb. O, 2014-cü ildə "Lokomotiv"ə keçmişdi.

Xəbər xətti