Aleksis Sançes "İnter"də

10:47 - 28 Avqust 2019

"Mançester Yunayted"in vingeri Aleksis Sançes karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın çilili ulduzu "İnter"ə keçib. Milan klubu 30 yaşlı futbolçunu icarəyə götürüb.

 

2022-ci ilin yayına qədər "Mançester Yunayted"lə müqaviləsi olan Sançes ötən mövsüm 27 oyuna 2 qol vurub, 4 assist edib.

Xəbər xətti