Çili millisinin üzvü Qari Medel "Beşiktaş"ı tərk edib.
Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, Medel İtaliyanın "Bolonya" klubuna transfer olub. A Seriya təmsilçisi bu keçid 2,5 milyon avrosundan keçib. 32 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Medelin İstanbul klubu ilə 2020-ci ilə qədər müqaviləsi var idi. O, 2017-ci ildə "İnter"dən transfer edilmişdi.
saytlarin hazirlanmasi