"Lokomotiv" "İnter"in futbolçusunu icarəyə götürdü

17:29 - 28 Avqust 2019

Rusiyanın "Lokomotiv" klubu "İnter"in portuqaliyalı yarımmüdafiəçisi Joau Mariunu icarəyə götürüb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Moskva təmsilçisi 18 milyon avro ödəyib, Portuqaliya millisinin üzvünü birdəfəlik transfer edə bilər.

 

Mariu ötən mövsüm Milan klubunda 22 oyuna 1 qol vurub, 3 assist edib. "İnter" yarımmüdafiəçini 2016-cı ildə "Sportinq"dən 40 milyon avroya transfer etmişdi.

Xəbər xətti