"Beşiktaş"da ayrılıq reallaşıb. Qari Medel komandanı tərk edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Bolonya"ya transfer olunub. İtaliya A seriyası təmsilçisinin çilili üçün 1,5 milyon avro təzminat ödəyəcəyi bildirilib.
Medel 2017-ci ildən "Beşiktaş"da oynayırdı.
saytlarin hazirlanmasi