Azərbaycan millisinin üzvü "Altınordu"da

16:40 - 29 Avqust 2019

Azərbaycan millisinin sabiq üzvü Ufuk Budakın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Boluspor"dan ayrılan müdafiəçi TFF I Liqanın digər təmsilçisi "Altınordu"ya keçib. Klub saytı 29 yaşlı sol cinah futbolçusu ilə bir illik müqavilə imzalandığını açıqlayıb.

 

Ufuk Türkiyədə "Əskişəhərspor", "Qazişəhər", "Kayserispor", "Manisaspor" və "Samsunspor" klublarında da çıxış edib.

Xəbər xətti