Kasper Dolberq "Ayaks"ı Fransa klubuna dəyişdi

16:47 - 29 Avqust 2019

Danimarka millisinin üzvü Kasper Dolberq "Ayaks"dan Fransanın "Nitsa" klubuna transfer olub.

 

Sportal.az klub saytına istinadən xəbər verir ki, 21 yaşlı forvardla beş illik müqavilə imzalanıb. Liqa I təmsilçisi bu keçid üçün amsterdamlılara 20,5 milyon avro təzminat ödəyib.

 

 

Dolberq "Ayaks"da 119 oyuna 45 qol vurub, 16 assist edib.

 

Xəbər xətti