Kuarejmanın transferi rəsmən açıqlandı - FOTOLAR

20:31 - 29 Avqust 2019

Türkiyənin "Beşiktaş" klubundan ayrılan Rikardo Kuarejma Super Liqanın digər təmsilçisi "Kasımpaşa"ya transfer olub

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Kuarejma İstanbul klubunda 17 nömrəli formada çıxış edəcək.

 

35 yaşlı futbolçu iki fərqli zamanda "Beşiktaş"da 7 mövsüm keçirib. O, 226 oyuna 38 qol vurub, 78 assist edib.

 

Image

Image

Image

Image

Xəbər xətti