"Mançester Yunayted"in vingeri Aleksis Sançes karyerasını İtaliyanın "İnter" klubunda davam etdirəcək.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Milan klubu 30 yaşlı futbolçunu bir illik icarəyə götürüb. Aleksisin 12 milyon avroluq maaşının 5 milyonunu "göy-qaralar" ödəyəcək.
2022-ci ilin yayına qədər "Mançester Yunayted"lə müqaviləsi olan Sançes ötən mövsüm 27 oyuna 2 qol vurub, 4 assist edib.
Çili millisinin üzvü daha öncə İtaliyada "Udineze" klubunda forma geyinib. Sançes A Seriyasında 95 oyuna 20 qol vurub, 16 assist etmişdi.
saytlarin hazirlanmasi