Naço Monreal "Arsenal"ı La Liqa klubuna dəyişdi

12:24 - 31 Avqust 2019

"Arsenal"ın müdafiəçisi Naço Monreal İspaniyanın "Real Sosyedad" klubuna transfer olub.

 

Sportal.az klub saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.

 

2013-cü ildə "Malaqa"dan "Arsenal"a keçən ispaniyalı arxa xətt oyunçusu "topçular"da 250 oyun keçirib və 10 qol vurub.

Xəbər xətti