"Kalyari"dən iki transfer - FOTOLAR

13:13 - 31 Avqust 2019

İtaliyanın "Kalyari" klubu iki futbolçunu heyətinə cəlb edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, A Seriya təmsilçisi "Roma"nın qapıçısı Robin Olseni icarəyə götürüb. İsveç millisinin üzvü ilə bir mövsümlük müqavilə imzalanıb.

 

Sardiniya təmsilçisi "Fiorentina"nın argentinalı hücumçusu Covanni Simeoneni transfer edib. "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu ilə beş illik müqavilə imzalanıb. 24 yaşlı forvardın keçidi üçün florensiyalılara 16 milyon avro təzminat ödənilib.

 

Image

Image

Xəbər xətti