"Çelsi" yarımmüdafiəçisi Temue Bakayokonu icarəyə verib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, London klubu fransalı yarımmüdafiəçini "Monako"ya bir illik icarəyə verib. "Knyazlıq klubu" Bakayokonu 42,5 milyon avroya transfer etmək hüququna malikdir.
25 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Milan"da çıxış edib.
"Çelsi" Fransa yığmasının üzvünü 2017-ci ildə "Monako"dan 45 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi