"Fənərbaxça" "Marsel"in futbolçusunu transfer etdi

01:22 - 2 Sentyabr 2019

Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu "Marsel"in yarımmüdafiəçisi Luis Qustavonu heyətinə qatıb. Bu barədə Fransa klubunun prezidenti Jak-Henri Eyraud məlumat verib. O, braziliyalı yarımmdüfiəçinin Türkiyəyə müqavilə imzalamaq üçün yollandığını deyib.

 

"Marsel" Qustavonu 2017-ci ildə "Volfsburq"dan 10 milyon avroya transfer etmişdi. Braziliya millisində 41 oyun keçirmiş 32 yaşlı futbolçu Avropada "Hoffenhaym", "Bayern" (Münhen), "Volfsburq", "Marsel" klublarında çıxış edib.

Xəbər xətti