İngiltərənin "Tottenhem" klubundan ayrılan Fernando Lyorentenin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 34 yaşlı forvard İtaliyanın "Napoli" klubuna keçib. Klub saytının məlumatına görə, İspaniya millisinin sabiq üzvü ilə iki illik müqavilə imzalanıb. Onun illik maaşı 2,5 milyon avro olacaq.
Lyorente 2017-ci ildən "Tottenhem"də çıxış edirdi. O, daha öncə İtaliyada "Yuventus"da çıxış edib.
saytlarin hazirlanmasi