Türkiyənin "Qalatasaray" klubu növbəti keçidini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən "Sauthempton"un yarımmüdafiəçisi Mario Leminanı bir mövsümlük icarəyə götürüb. Qabon millisinin üzvü tibbi müayinədən keçmək üçün Türkiyəyə gəlib.
"Sauthempton" 26 yaşlı futbolçunu 2017-ci ildə "Yuventus"dan 17,25 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi