"Qalatasaray" hücumçusunu Belçika klubuna icarəyə verdiyini rəsmən açıqladı

14:26 - 2 Sentyabr 2019

Türkiyənin "Qalatasaray" klubu hücumçusu Mbaye Dianı Belçikanın "Brügge" klubuna icarəyə verib.

 

Sportal.az klub saytına istinadən xəbər verir ki, Brüssel təmsilçisi Seneqal millisinin üzvünü 3,35 milyon avro qarşılığında satın alma şərti ilə bir illik icarəyə götürüb. "Brügge" 13 milyon avroya Dianı transfer etmək hüququna sahibdir.

 

Müqavilənin şərtlərinə əsasən, "Qalatasaray" futbolçunun bu mövsüm 2 milyon 115 min avroluq maaşını ödəyəcək.

 

İstanbul klubu 27 yaşlı forvardı bu ilin əvvəlində "Kasımpaşa"dan 13 milyon avroya transfer edib.

Xəbər xətti