Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İspaniyanın "Sevilya" klubu yeni qapıçı ilə güclənib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Serxio Rikonu PSJ-yə icarəyə verən əndəlüsiyalılar "Jirona"nın çərçivə qoruyucusu Yassin Bunu ilə müqavilə bağlayıb. "Sevilya" 28 yaşlı qolkiperli satın alma şərti ilə bir illik müqavilə bağlayıb.
"Sevilya" "Vest Hem"dən Xavyer "Çiçarito" Ernandesi də transfer etdiyini rəsmən açıqladı.
Mərakeşli qolkiper 2016-cı ildən "Jirona"da çıxış edirdi.
saytlarin hazirlanmasi